-
- 12-03-2019, 16:59
- 910
Cahangir Əsgərov təyyarələrin qəzaya uğraması ilə bağlı danışdı
"Azərbaycan Hava Yolları" QSC (AZAL) "Boeing-737 MAX-8 təyyarəsinin Efiopiyada qəzaya uğramasının təhqiqatı ilə əlaqədar ABŞ-ın "Boeing" korporasiyası ilə sıx əlaqə saxlayır.
Bu barədə News24.az-a AZAL-ın Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Şirkətin prezidenti Cahangir Əsgərov bildirib ki, “Boeing 737 MAX-8" hava gəmiləri ilə baş verən iki aviasiya qəzasının təhlili nəticəsində bir çox oxşar məqamlar müəyyən edilib: "Belə ki, hər iki təyyarə uçuşdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Hadisələrin səbəblərinin ilkin versiyası laynerlərin proqram təminatında ehtimal olunan nasazlıqdır".
Onun sözlərinə görə, AZAL-la "Boeing" arasında imzalanmış sazişə əsasən, bu ilin sonundan etibarən Azərbaycana 3 il ərzində, ümumilikdə, 10 ədəd "Boeing 737 MAX-8" tipli təyyərə gətiriləcək: "Biz Boeing korporasiyasında çalışan amerikalı mütəxəssislərlə bu məsələ ilə bağlı sıx əməkdaşlıq edirik. Yeni təyyarənin proqram təminatında hər hansı qüsur aşkar edildikdə həmin qüsurlar ölkəmizə çatdırılma zamanı tamamilə aradan qaldırılacaq. Bu məsələ bizim daimi nəzarətimiz altında olacaq".
Xatırladaq ki, 29 oktyabr 2018-ci il tarixində və bu il 10 mart tarixində bu tip iki təyyarə qəzaya uğrayıb. Bir sıra aviaşirkətlər hadisənin təhqiqatının nəticələri müəyyən edilməyənə qədər "Boeing 737 MAX-8" tipli təyyərələrin istismarını müvəqqəti dayandırdıqlarını bildirib.