"Boeing" növbəti faicəyə səbəb olacaqdı - BU DƏFƏ YANACAQ ÇƏNİNDƏ...
    • 19-02-2020, 11:57
    • 784

"Boeing" növbəti faicəyə səbəb olacaqdı - BU DƏFƏ YANACAQ ÇƏNİNDƏ...

"Boeing" şirkəti ilə bağlı növbəti qalmaqal yaşanıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin istehsal etdiyi növbəti təyyarələrdə faciəyə səbəb ola biləcək qüsur aşkarlanıb. "Boeing 737 МАХ" modellərinin yanacaq çənlərində əski və ləvazımat parçaları aşkarlanıb. 

Şirkət həmin zibillərin yanacaq çəninə necə düşməsini izah edə bilməyib. 

Qeyd edək ki, İndoneziya və Efiopiyada iki böyük təyyarə qəzasından sonra bu modellərdən dünyanın hava yolları imtina edib. Buna baxmayaraq "Boeing" 737 MAX modelini hazırlamağa davam edib. Anqarlarda artıq 400 hazır təyyarə mövcuddur və hamısı yenidən müayinəyə göndərilib.