Baydendən İsrailə veto
    • 15-05-2024, 23:59
    • 218

Baydendən İsrailə veto

“İsrailə Təhlükəsizliyə Yardım Dəstəyi Aktı” adlı qanun layihəsi ilə bağlı Baydenin qərarı haqqında Ağ Ev yazılı açıqlama verib.

News24.az xəbər verir ki, Ağ Ev bəyan edib ki, ABŞ prezidenti Co Bayden Konqres tərəfindən qəbul olunarsa, “İsrailə silahların tez çatdırılmasını” nəzərdə tutan qanun layihəsinə veto qoyacaq.

Açıqlamada ABŞ-ın İsrailə dəstəyində son dərəcə qətiyyətli olduğu bir daha vurğulanıb.

Günel Məlikzadə