SEVGİ: ÜST xəstəliklər siyahısına onun da adını əlavə edib
    • 16-05-2024, 12:42
    • 157

SEVGİ: ÜST xəstəliklər siyahısına onun da adını əlavə edib

Sevgi bir çox xəstəliklərin dərmanıdır. Ancaq bir məsələ də var ki, bu dərman artıq olanda özü də xəstəlik yaradır. Qeyri-adi səslənsə də bu, mütəxəssislər tərəfindən təsdiqini tapmış faktdır.

Ümumdünya Səhiyyə Təşkilatı sevgini F63.9 nömrəsi altında ciddi xəstəliklər siyahısına daxil edib. Sevgini psixi xəstəliklər bölümündə “Vərdişlərin və meyllərin qeyri müəyyən pozğunluğu” qrupuna aid ediblər.

Mütəxəssislər sevgi xəstəliyinin aşağıdakı əlamətlərini müəyyənləşdiriblər:

Başqaları haqqında aşırı dərəcədə mənfi, yaxud da müsbət düşünmək

Əhval-ruhiyyənin kəskin dəyişməsi

Şəxsi ləyaqət hissinin ifrat dərəcədə yüksəlməsi

İnsanın özünə yazığı gəlməsi və hər kəsdən mərhəmət umması

Yuxusuzluq və narahat gecələr

Düşünülməmiş hərəkətlər

Arterial təzyiqin oynaması

Baş ağrıları

Allergik reaksiyalar

Sərsəm ideyalar

Hələ 11-ci əsrdə İbn Sina güclü sevgi hisslərinin xəstəlik olmasını bildirib. O, qeyri-müntəzəm nəbz, nizamsız davranış, səbəbsiz gülüş, yuxusuzluq, nəfəsin ağırlaşması, arıqlama kimi halları sevgi xəstəliyinin ilk əlamətləri və simptomları kimi göstərib.

Həmin dövrdə xəstəliyə düçar olmuş şahzadəyə təbiblər şəfa verə bilməyəndə İbn Sinaya müraciət ediblər. İbn Sina gənc şahzadənin sevgi xəstəliyinə tutulduğunu müəyyən edib. Amma şahzadə sevgisi və sevdiyi şəxs haqqında danışmaq istəməyib. İbn Sina şahzadənin nəbzini tutub, əyalətdə yaşayan insanların adlarını bir-bir sadalamağa başlayıb. Qonşuluqda yaşayan qızın adı çəkiləndə şahzadənin nəbzi sürətlənib. İbn Sina şahzadənin həmin xanımla evlənməyini tövsiyə edib. Gənc şahzadə evləndikdən sonra çarəsiz sayılan xəstəliyi sağalıb.

Hər şey qədərində gözəl olduğu kimi sevgi də qədərində gözəl olur. Ən başlıcası isə sevgi hisslərinə ağıl nəzarət etməlidir. Belə olmadığı halda Məcnunun vəziyyətinə düşmək ehtimalı artır. Yeri gəlmişkən, elə Məcnunun da diaqnozu xroniki sevgi xəstəliyi olub. Odur ki, sevəndə dəli kimi sevməyin…