"Ürək infarktları və insultların səbəbi..."- Hande Harmancı
    • 19-12-2019, 11:58
    • 938

"Ürək infarktları və insultların səbəbi..."- Hande Harmancı

''Dünyada qeyri-infeksion xəstəliklər ən çox ölümə səbəb olan xəstəliklər sırasındadır''.
News24.az-ın xəbərinı görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı ''Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları'' mövzusunda II Milli Konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 30-70 yaş arası ölümlərin böyük qismini qeyri-infeksion xəstəliklər təşkil edir: ''Bu ölümlərin qarşısı alına bilər. Əsas olan hamımız bir yerdə işləməyimizdir. Qeyri-infeksion xəstəliklər deyərkən ilk iki sırada ürək infarktları və insult durur. Onların ortaya çıxmasına səbəb daha çox duz istehlakı, hərəkətsizlik, piylənmə və tütündən istifadədir. Hamımız bilirik ki, risklərin qarşısını ala bilsək, 30-70 yaş arası baş verən ölümlərin önəmli qismini azalda bilərik. Ictimai Səhiyyə və Islahatlar Mərkəzinin (ISIM) həyata keçirdiyi STEPS sorğusu bizə bu problemlərlə bağlı önəmli rəqəmlər verəcək. Həmin rəqəmlər isə doğru yolda olub-olmadığımızı aydınlaşdıracaq.

Bilməliyik ki, bu problemlərlə mübarizə təkcə Səhiyyə Nazirliyinin edə biləcəkləri deyil. Lazım gələrsə, ölkədə duz istehlakının azaldılması üçün bir çox qurumun bir araya gəlməsi lazım olacaq''.

Afaq Mirayiq