-
- 16-05-2024, 19:52
- 195
Putin tərcüməçidən üzr istədi - VİDEO
Çində səfərdə olan Rusiya Prezidenti Vladimir Putin fasilə vermədən çox danışdığı üçün tərcüməçidən üzr istəyib.
News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı və Putinin nitqinin videosunu "Kommersant" yayıb.
Məlumata görə, Putin Rusiya və Çin arasında diplomatik münasibətlərin yaranmasının 75-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bir neçə uzun cümlədən istifadə edib. Bildirilir ki, Rusiya lideri bu cümlələr arasında tərcüməçi üçün fasilə verməyib.
"Uzun müddət danışdığım üçün üzr istəyirəm. Sadəcə burada özümü evdəki kimi hiss edirəm, ona görə düşündüm ki, burada hər kəs rus dilində başa düşür", - deyə Putin zarafatyana qeyd edib.
Xatırladaq ki, Putin Çinə ikigünlük səfər edib. Onu bu səfərdə müdafiə naziri Andrey Belousov, XİN rəhbəri Sergey Lavrov, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və Rusiya Prezidentinin köməkçisi Yuriy Uşakov müşayiət edir.