-
- 16-05-2024, 20:06
- 275
Paşinyan “yeni dövlət” qurur - “Məqsədim budur”
Ermənistanda elə bir dövlət yaratmaq lazımdır ki, orada iztirablar son məqsəd olmasın.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Biz indi bununla məşğuluq. Demarkasiya bunun üçündür. Söhbət ondan gedir ki, Ermənistanda iztirab ümumi məqsəd olmamalıdır. Ermənistanda yaşamaq, yaratmaq, varlanmaq və inkişaf etmək əsas məqsəd olmalıdır. Bu, dövlət ideologiyasına çevrilməlidir. Bu yolda bizə mane olmayacaqlar, əmin olun”, - baş nazir bildirib.