-
- 3-04-2024, 21:30
- 209
42 min tonluq yardım
Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Türkiyənin İsrailin hücumlarına məruz qalan Qəzza zolağına ən çox yardım edən 2-ci ölkə olduğu bildirilib.
News24.az xəbər verir ki, açıqlamada "Türkiyənin Qəzzaya humanitar yardımı 42 min tona çatdı. Qəzzaya ən çox yardım edən ikinci ölkə olan Türkiyə ümumi yardımın 24%-nü təmin edir. Bundan əlavə, hər həftə orta hesabla 127 ton su göndərilir" deyildi.
Qeyd edək ki, Türkiyənin Qəzzaya və fələstinlilərə hər zaman dəstək olacağı vurğulanıb. 400-dən çox Qəzzalı xəstə və yaralının Türkiyədə müalicəsinin davam etdiyi də bildirilib.
Günel Məlikzadə