ABŞ Qəzzaya yeni humanitar yardım göndərdi
    • 3-04-2024, 14:12
    • 98

ABŞ Qəzzaya yeni humanitar yardım göndərdi

ABŞ Qəzza zolağına daha bir humanitar yardım partiyasını hava yolu ilə çatdırmaq üçün əməliyyat həyata keçirib. 

News24.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

 “ABŞ Mərkəzi Komandanlığı davam edən münaqişədən zərər çəkmiş mülki şəxslərə kritik dəstək göstərmək üçün aprelin 2-də Qəzza zolağının şimalına humanitar yardım aparıb. Təyyarələr 50 mindən çox qida paketini yerə endirib”, - deyə məlumatda qeyd edilib.

Mehriban Mirzəzadə