AFFA Dağlıq Qarabağda keçiriləcək turniri pisləyir
    • 21-08-2018, 20:00
    • 1 052

AFFA Dağlıq Qarabağda keçiriləcək turniri pisləyir

2013-cü ildə İsveçdə təsis olunan CONIFA FIFA üzvü olmayan federasiyaların iştirakı ilə müəyyən turnirlər təşkil edən təşkilatdır.


Bu haqda News24.az-a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına istinadla xəbər verir.      


"CONIFA ilk dünya çempionatını 2014-cü ildə təşkil etmiş və qondarma "Dağlıq Qarabağ” yığma komandası həmin turnirdə iştirak etmişdi. AFFA həmin dövrdə dərhal məsələyə reaksiya vermiş, FIFA və UEFA-ya, həmçinin CONIFA-nın mənzil-qərargahının yerləşdiyi və turnirin təşkil olunduğu İsveçin futbol federasiyasına etiraz məktubları ünvanlamışdı.