-
- 16-05-2024, 12:43
- 439
Fatih Terim çempionluğu itirdi
Fatih Terimin baş məşqçisi olduğu “Panatinaikos” ardıcıl üçüncü səfər məğlubiyyətə uğrayıb. Komanda son həftəyə girərkən çempionluq yarışı ilə vidalaşıb. Yunan futbolunda bir dövrə damğasını vuran Afina komandasının çempionluq həsrəti 14 ilə qədər uzanıb.
News24.az xəbər verir ki, qarşılaşmadan sonra qiymətləndirmələr edən Terim, mövsümün sonuna işarə edərək izah edəcək bir şeyləri olduğunu söyləyib.
Terim, "Hadisəyə 4-1 hesabla baxmamalıyıq. Uduzduq. Bu cür baxmalıyıq. PAOK-u təbrik edirik. Qolu çox gec tapdıq. Qol vurana qədər ilk vaxtlar çox yaxşı deyildik. Üçüncü zonada qol vurduqda bəzi şeyləri doğru etdik amma təəssüf ki, səhvlər etməyə və qol buraxmağa davam etdik. Skorda geri qaldığımız zaman oyun olaraq çox təsirlənirik" deyib.
Mövsümün sonunda danışılası şeylərin olduğunu deyən Fatih Terim, "Bunun izahı yoxdur. Bəzi şeyləri gördük, amma əvvəlcə Olimpiakosla, sonra Arislə final matçımız var. Bu mövsümün sonunda Panathinaikos azarkeşlərinə çox şeyi izah etməliyəm” dyə əlavə edib.
Qeyd edək ki, dekabrda vəzifəyə başlayan Terim Yunanıstan kubokunu hədəfləməkdə davam edir. “Panatinaikos” mayın 25-də finalda “Aris”lə qarşılaşacaq.
Günel Məlikzadə