Bu ölkədə ictimai nəqliyyat ödənişsiz fəaliyyət göstərir
    • 1-08-2018, 23:59
    • 867

Bu ölkədə ictimai nəqliyyat ödənişsiz fəaliyyət göstərir

Ötən aydan etibarən Estoniyanın 15 regionundan 11-də ictimai nəqliyyat ödənişsiz fəaliyyət göstərməyə başlayıb.

Estoniya bu addımı ilə az qala bütün ərazisində ictimai nəqliyyatda gedişhaqqını ləğv etmiş ilk Avropa ölkəsi olub.

Ölkənin iqtisadiyyat və infrastruktur naziri Kadri Simson deyib ki, dövlətin bu addımı atmaqda məqsədi estoniyalıları şəxsi avtomobillərindən imtina edərək ictimai nəqliyyata “mindirmək” və ətraf mühiti çirklənmədən qorumaqdır.