Argentinalı ulduz İkardidən YENİ REKORD
    • 23-09-2023, 23:32
    • 261

Argentinalı ulduz İkardidən YENİ REKORD

Trendyol Super Liqasının 6-cı həftəsində "Qalatasaray" səfərdə "RAMS Başakşehir"lə qarşılaşıb. 

News24.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, qarşılaşma sarı-qırmızılıların 1:2 hesablı üstünlüyü ilə başa çatıb. 

İkardi Başakşehirə penaltidən qol vurub və ardıcıl 12 liqa matçında qol vuraraq rekord qırıb.