“Qalatasaray” rəqibini darmadağın etdi
    • 21-04-2024, 22:50
    • 329

“Qalatasaray” rəqibini darmadağın etdi


“Qalatasaray” Superliqanın 33-cü həftəsində “Rams Park”da “Pendikspor”la qarşılaşıb.

News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, son 13 liqa oyununda qalib gələrək çempionluq yürüşünü davam etdirən “sarı-qırmızılar”, İstanbul komandasını darmadağın edib - 4:1. "Cim-bom" liqada özünə məxsus 14 oyunluq qələbə rekordunu təkrarlayıb.

“Sarı-qırmızılar” bu qələbə ilə xallarını 90-a yüksəldiblər. 

"Qalatasaray" - "Pendikspor" - 4:1

Qollar: M.İkardi 35, A.Bardakçı 40, D.Mertens 76, K.Aktürkoğlu 90+6 pen. - A.Öztürk 85