İranda növbədənkənar prezident seçkiləri keçiriləcək
    • 20-05-2024, 11:13
    • 528

İranda növbədənkənar prezident seçkiləri keçiriləcək

İranda növbəti 50 gün ərzində növbədənkənar prezident seçkiləri keçirilməlidir. 

News24.az xəbər verir ki, bunu İran parlamentinin daxili işlər komitəsinin sədri Məhəmməd Saleh Cokar deyib.

İranın Eghtesad onlayn agentliyi onun sözlərinə sitat gətirib: "Qanuna görə, 14-cü prezident seçkiləri yaxın 50 gün ərzində keçirilməlidir, seçildikdən sonra yeni prezident yeni Nazirlər Kabinetini təsdiq üçün parlamentə təqdim edəcək".

Xatırladaq ki, mayın 19-da İranın Şərqi Azərbaycan əyalətində İran prezidentini daşıyan helikopter qəzaya uğrayıb. Təyyarədə həmçinin İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayətinin qubernatoru Mələk Rəhməti və Təbrizin cümə imamı Məhəmməd Əli Ale Haşim də olub. İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd bildirib ki, qəza nəticəsində helikopterin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub. İranın vitse-prezidenti Möhsün Mənsuri prezidentin ölümü ilə bağlı xəbərləri təsdiqləyib.

Günel Məlikzadə