Arağın öldürücü dozası ilə bağlı XƏBƏRDARLIQ
    • 20-05-2024, 20:41
    • 263

Arağın öldürücü dozası ilə bağlı XƏBƏRDARLIQ

Çoxlu miqdarda arağın çox tez içilməsi həyat üçün təhlükəli ola bilər. 

News24.az Lent.az-a istinadla bildirir ki, Rusiya Dövlət Təhsil Universitetinin tibb fakültəsinin müəllimi, cərrah Aleksandr Umnov spirtli içkinin ölümcül dozası ilə bağlı xəbərdarlıq edib.

Umnovun sözlərinə görə, orqanizmə 120 milliqrama qədər dozada daxil olan etil spirti qaraciyərdə emal oluna bilər. “Tərkibində etanolun miqdarı bu dəyərdən artıq olan spirt dozası qaraciyər filtrindən bütöv şəkildə keçir, qanda dövr etməyə başlayır və toxumalarda toplanır.

Bir saat ərzində bir litr araq içəndə doza öldürücü olur. Bu müddət ərzində qanda etanolun konsentrasiyası hər litr qanda beş-altı qrama çatır”.

Umnov onu da qeyd edib ki, alkoqol zəhərlənməsinin əlamətləri bədən hərarətinin aşağı düşməsi, tənəffüsün ləngiməsi, nəbzin tezliyi, qeyri-sabit nitq, eləcə də halüsinasiyalar və epileptik tutmalardır. Cərrahın sözlərinə görə, böyük miqdarda araq qəbul etdikdən sonra insan hərəkət etməkdə çətinlik çəkir və praktik olaraq xarici stimullara reaksiya vermir.