Şimali Koreya ABŞ-ni HƏDƏLƏDİ
    • 20-05-2024, 20:56
    • 262

Şimali Koreya ABŞ-ni HƏDƏLƏDİ

Şimali Koreya ABŞ-nin subkritik nüvə sınağını qınayıb, nüvə təhdidinə qarşı sərt tədbirlər görəcəyi ilə bağlı Vaşinqtonu hədələyib.

News24.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə Şimali Koreya Xarici İşlər Nazirliyinin adının açıqlanmasını istəməyən sözçüsü bildirib. 

Qeyd edək ki, ABŞ keçən həftə Nevada ştatında subkritik nüvə sınağı həyata keçirib. 

Şimali Koreya isə altıncı və sonuncu nüvə sınağını 2017-ci ilin sentyabrında keçirib və həmin ayda nüvə enerjisi statusunu konstitusiyasına əlavə edib.

Seul və Vaşinqton rəsmiləri Pxenyanın yeddinci nüvə sınağını “istənilən vaxt” keçirə biləcəyini bildirib və ölkənin bunun üçün bütün hazırlıqları tamamladığını qeyd edib.