“Bu gün sənin, sabah o birisinin yanındadır"
    • 21-05-2024, 11:55
    • 257

“Bu gün sənin, sabah o birisinin yanındadır"

"Fərdi sevgi azalıbdır. Bir də görürsən, biri gəlir, deyir, ay Xumar xanım, sizin üçün ölürəm. Doğrudan da, inanırsan ki, sənin üçün, sənətin üçün ölür".

News24.az olay-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Xumar Qədimova "Səhər görüşləri" verilişində deyib. Sənətçi sözlərinə belə davam edib:

"Nəğmələrdən deyir, oxuyur, gözündən yaş da gedir. Baxırsan, sabah həmin sözləri başqasına deyir. Bu nə sevgidir? İndi hamı hamını sevir. Bu gün sənin, sabah o brisinin yanındadır. Ona görə də mənim yanımda hamı yoxdur. Mən elə qəbul edə bilmirəm. O adamlara ürəyim ağrıyır. Mən arada elələrinə ağlayıram".