ABŞ-da tornado: Ölənlər var
    • 22-05-2024, 12:57
    • 147

ABŞ-da tornado: Ölənlər var

ABŞ-ın Ayova ştatının Qrinfild qəsəbəsini tornado vurub. Qasırğa nəticəsində şəhərcikdə evlər dağılıb, ağaclar uçub, bir çox avtomobillərə ziyan dəyib.

News24.az xəbər verir ki, Lowa Dövlət Patrulunun sözçüsü Aleks Dinkla mətbuat konfransında deyib:

"Tornado şəhərin böyük bir hissəsini məhv edib. Biz tələfatların olduğunu təsdiqləyə bilərik".

Təxminən 2 min adamın yaşadığı qəsəbədə onlarla insanın yaralandığını bildirən Dinkla, xəstəxanaya dəyən ziyana görə yaralıların ətraf qəsəbələrdəki xəstəxanalara aparıldığını söyləyib.

Lowa qubernatoru Kim Reynolds açıqlamasında Qrinfildə səfər edəcəyini ifadə edərək, "Fırtınanın tam təsirini müəyyən etmək hələ tez olsa da, cavablar önümüzdəki saatlarda və günlərdə bəlli olacaq" deyib.

Tornadondan zərər çəkmiş ərazilərdə dəyən ziyanın aradan qaldırılması üçün dövlətin bütün resurslarının səfərbər ediləcəyini qeyd edən Reynolds şəhər sakinlərinin sığınacaq, qida, su və elektrik enerjisi ilə təmin olunacağını bildirib.

Günel Məlikzadə