Dünyanın ən bahalı lələyi satıldı
    • 22-05-2024, 14:22
    • 368

Dünyanın ən bahalı lələyi satıldı

Yeni Zelandiyada nəsli kəsilmiş Huia quşuna aid lələk 46 min 521 dollara satılaraq, dünyada indiyə qədər satılan ən bahalı lələk olub.

News24.az xəbər verir ki, hərracdan əvvəl 3000 dollara satılacağı gözlənilən 9 qramlıq lələk üçün ilkin təkliflər gözləniləndən xeyli yüksək olub.

Əvvəlki rekord 2010-cu ildə 8400 dollara satılan başqa bir huia lələyinə məxsus olub.

Müqayisə üçün bildirək ki, Yeni Zelandiyada qızılın qramının qiyməti 127 dollar civarındadır. 9 qramlıq Huia tükünün qramı isə 5169 dollara bərabərdir. Bu, lələyi qızıldan 40 dəfə daha qiymətli edir.

Qeyd edək ki, məxfilik müqavilələrinə görə, satıcı və ya alıcı haqqında məlumat açıqlanmayıb. Ancaq hər ikisinin qeydiyyatdan keçmiş kolleksiyaçılar olduğu və Yeni Zelandiyada olduğu öyrənilib. 

Günel Məlikzadə