Liftin şaxtasına düşdü, ayaqları sındı
    • 22-05-2024, 22:10
    • 169

Liftin şaxtasına düşdü, ayaqları sındı

Türkiyədə dostları ilə 4 mərtəbəli binanın 2-ci mərtəbəsinə çıxan Yasin Ö. telefonla danışarkən liftin şaxtasına düşüb.

News24.az xəbər verir ki, 15 metr hündürlükdən yıxılan Yasin Ö.-nün dostları xilasetmə və tibb işçilərinə xəbər verib.

İtlə lift şaxtasına enən xilasetmə qrupları Yasin Ö-nü xərəklə yuxarı qaldırıb.

Həkimlər tərəfindən Bartın Dövlət Xəstəxanasına aparılan Yasin Ö.-nün ayaqlarının qırıldığı öyrənilib və həyati təhlükəsinin davam etdiyi bildirilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Günel Məlikzadə