-
- 9-05-2019, 11:20
- 1 450
“Müharibənin ağrı - acısı bu gün də gözümün önündədir...” - VETERAN ƏLİKİŞİ CÜMŞÜDOV
Bu gün onlar barmaqla sayılacaq qədərdir.Yaşı 100-ü haqlamış insanların hər saat, hər gün seyrəkləşən cərgəsində polis veteranımızın olduğunu bilmək, doğrusu, əsl tapıntı, xoş bir sürprizdir.
News24.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Böyük Vətən Müharibəsi veteranı Əlikişi Cümşüdovla müsahibəsini təqdim edir:
Onu axtarıb tapmaq elə də çətin olmadı. Onu tanıyanlar çox imiş. Zarafat deyil, az qala bir əsrin dizini yerə qoyasan, həm də belə bir çətin peşəyəillərini həsr edəsən və belə ömür fəsillər kimi izsiz-tozsuz ötüşə. Ötüşməz...
98 yaşın astanasında olan dünya müharibəsi və polis veteranı, Əlikişi Cümşüdovla həmsöhbət olduq.Yenə də polis mundirində, səliqə-səhmanı da öz yerində. Üzündəki qırışlar isə sətirbəsətir oxunan ömür yoludur. Gözlərinə diqqətlə baxanda bir döyüşçü ömrü görünür. Qəddi-qaməti əyilməyib. Əlindəki əsanı isə xüsusi vurğulayır,- “Elə bilməyin ki, qocalmışam, yeriməkdə çətinlik çəkirəm. Yox, sadəcə, ehtiyat igidin yaraşığıdır”,-deyir.
Uzun illərin peşəkar polis əməkdaşı Əlikişi Cümşüdov təmkinlə olub-keçənləri xatırlayır. Ömür yolunu nəql edərkənhəm kövrəlir, həm də fərəhlənir:
- Bizə verilən ömür payında hərə bir yolu seçir və o yolun yolçusu olur,-deyir:“Bərkə-boşa düşdükdə mətinlik göstərməyi bacaranlar, düzgün istiqaməti seçənlər həmişə qalib olurlar.Bizim də qismətimizə polis olmaq düşüb. Polis cətin peşədir. Tutduğun vəzifədən asılı olmayaraq, göstərilən etimadı doğruldasan, gərək.Biz cox çətin günlər yaşamışıq, müharibənin ağrı-acılı günləri bu gündə gözlərim önündədir.İndi isə müstəqil dövlətin vətəndaşı olmaq sevindiricidir. Sabitlik qorunur, ölkəmiz günü-gündən inkişaf edir, abadlaşır, gözəlləşir. Hər birimiz çalışmalıyıq ki, bu gözəlliklərin yaranmasında bizim də əməyimiz olsun”.
Əli də, ürəyi də zəhmətlə bərkiyib.Təltif edildiyi orden və medallar, xatirələri özündə yaşadan şəkillər ömrün boşa keçmədiyini xatırladır.
Cümşüdov Əlikişi Mirzəmməd oğlu 1921-ci ildə Laçın rayonunun Aybazar kəndində anadan olub. Gəncliyi çətin illərə düşdüyündən məşəqqətli günlər yaşayıb.Mozdokdan Berlinə qədər ağır döyüş yolu keçən Əlikişi müəllim üç dəfə yaralansa da yenidən səngərə qayıdıb.
Müharibə qurtardıqdan sonra Daxili İşlər Nazirliyi nəzdində Latviya, Litva və Donbasda xidmət keçib.1946-cı ilin oktyabr ayından Laçın Rayon Daxili İşlər Şöbəsində bölmə komandiri təyin edilib. Dəqiqliyi, xidmətdəki nümunəvi fəaliyyəti ilə seçilib, kollektivdə hörmət-izzət sahibi olub.
1988-ci ildən təqauddə olan 98 yaşlı Əlikişi Cümşüdov hazırda ölkəmizin ən yaşlı polis veteranıdır.
Taleyindən razıdır. Daxili işlər orqanlarında keçdiyi illəri ömrünün ən dəyərli dövrü sayır, bundan qürur duyur. Ötən illəri günbəgün xatırlayır, haqqında dünən olmuş kimi danışır.
Deyir ki, ölkə və DİN rəhbərliyinin diqqət və qayğısı əməkdaşlarımıza, o cümlədən gənclərə daha yaxşı işləmək və özünü müsbət tərəfdən göstərmək imkanı verir. Gənc əməkdaşlar da daha səylə və məsuliyyətlə çalışmalı, öz üzərlərində işləməli, dünyagörüşlərinin və peşəkarlıqlarının artırılması qeydinə qalmalı, bu yolda ağsaqqal həmkarlarının təcrübələrindən bacardıqca daha çox yararlanmalıdırlar.
Çətinliklərdən qorxmamağı tövsiyə edir. Uzunömürlülüyün səbəbi zəhmətdir. El-obanın və bir də insanların məhəbbəti isə insana yaşamaq şövqü verir. Nisgili də var. “Laçın” deyəndə kövrəlir...
Səkkiz övlad, 24 nəvə və 24 nəticə sahibidir Əlikişi Cümşüdov.
Elinə-obasına bağlılığı, zəhməti, inadkarlığı sayəsində kamilllik zirvəsinə çatan veteranımızla söhbətimizdən o da bəlli oldu ki, artıq bu nəsildə polis peşəsi ailə dəyəridir.
Qocaman əsgər, həmişəcavan polis həmkarımızı bayramlar münasibətilə təbrik edir, ömrünün bəxtiyar cağında ona həmişə belə gümrah qalmağı diləyirik.