-
- 9-05-2019, 12:12
- 875
“Qara kağız vaxtsız qonaq kimi qapıları döyürdü” - POLİS VETERAN DAVİD BAXŞIYEV - FOTO
“İkinci Dünya müharibəsi hələ də davam edirdi. Artıq Sovet qoşunlarıüstünlüyü ələ almışdılar. Müharibənin ilk günlərində ildırım sürəti ilə Moskvanın 9 kilometrliyinə qədər yaxınlaşan alman faşistləri itkilər verə-verə geri çəkilirdilər. Döyüş meydanlarında qan yenə də sukimi axıdılırdı.
Hər gün onlarla “qarakağız” vaxtsız gələn qonaq kimi evlərin qapısını döyürdü. Hamilə top və tüfənglərin lüləsindən neçə-neçə arzusu kam döyüşçünün ölü canlarıdoğulurdu...”
Bu fikirləri əsrin yaşıdı Böyük Vətən Müharibəsi veteranı David Baxşıyev deyib.
News24.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin veteranla bağlı yazısını təqdim edir:
“Arxa cəbhədə çalışan insanlar bu ağrı-acılara baxmayaraq, ön cəbhəyə kömək göstərir, qələbəni təmin etmək üçün gecə-gündüz çalışırdılar. O zamanlar arxa da bir cəbhə idi. Bütün işlərin ağırlığı, çətinliyi qadınların, şikəst və qocaların, uşaqların üzərinə düşmüşdü”.
Müharibə başlayanda Salyanın Yuxarı Xalac kənd sakini Davidin 14 yaşı vardı. Arxada olsa da,o da müharibəni yaşayırdı. O da hamı kimi alatorandan evdən çıxır, kolxozda işləyənlərə kömək edir, gecənin bir aləmində yorğun-arğın evə qayıdardı. Bəzən evə qayıtmadığı günlər də olurdu. David bütün məhrumiyyətlərə sinə gərir, dözürdü.
İllər heç nəyi gözləmədən bir-birini sınağa çəkə-çəkə ötür, o da yaşıdları kimi böyümüşdü.
1944-cü il. Artıq ön cəbhəyə getməyin vaxtı gəlmişdi. 18 yaşlı David Baxşiyev günləri sayırdı. Salyan Rayon Hərbi Komissarlığından çağırış vərəqəsi alanda içində bir duyğu hayqırdı.Qisas hissi idi onun adı...
Qələbə sorağını elə xidmət etdiyi hərbi hissədə eşitdi. Nəhayət, 5 il davam edən o qanlı-qadalı illərə son qoyulmuşdu.
1945-ci ildə Davidin xidmət yeri dəyişdirildi. 1949-cu ilə kimi əvvəlcə Bakı şəhərində, sonra Qusarda hərbi xidmətini davam etdirdi. Daha sonra zabitlər məktəbini bitirdi. 1952-ci ildə Naxçıvan Muxtar Respublikasına göndərildi. Orada Quru Qoşunlarının hissəsində bölük komandiri vəzifəsinə təyin olundu.
Hara göndərilirdisə, göstərilən etimadı, etibarı doğruldurdu. Bu dəfə o, siyasi məktəbdə təhsil almaq üçün Gürcüstanın Qori şəhərinə göndərildi. Birillik təhsildən sonra Batumidə rota komandirinin müavini kimi işə başladı. Sonra yenidən Naxçıvana göndərildi.
1957-ci ildə D.Baxşiyev DİN-də xidmətə qəbul olundu.1961-ci ildə Şahbuz RDİŞ-ə göndərilən baş leytenant David Baxşiyevsahə müvəkkili kimi fəaliyyətini davam etdirdi. O, işləyə-işləyə təhsil almağı da unutmadı.
Artıq milis mayoru olan David Baxşiyev Naxçıvan DİN-də müxtəlif vəzifələrdə, 1980-cı ildən təqaüdə çıxana qədər isə Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışdı. İşlədiyi müddətdə milisin şərəfini həmişə qorudu, adına ləkə düşməsinə imkan vermədi.
Təqaüd illərində ictimai işlərini davam etdirib. Yerli sakinlər arasında, məktəblərdə şagirdlərlə görüşlərdə milis işçılərinin icimai asayişin qorunmasında rastlaşdığı çətinliklərdən, uğurlarından söz açıb, gənclərdə bu peşəyə olan marağı artırıb.
Ağsaqqal veteranla görüşəndə polis mundirini əynimizdə görən kimi elə bil gözlərinə işıq gəldi, üzü güldü. Dedi ki, xoşbəxtsiniz. Xoşbəxtsiniz ki, müstəqil ölkədə xidmət edirsiniz.
Bir anlığa gözləri yol çəkdi. Kim bilir, bəlkə də xəyalı o qanlı-qadalı illərə getdi.
Yeniyetməlik, gənclik illərini xatırladı.O danışdıqca, görüşünə gələndə kənddə onun ünvanına deyilən xoş sözləri xatırladıq. “Çox yaxşı milisişçisi olub. Uzaqlarda işləsə də,hər kəndə gələndə qohum-əqrabaya, imkansız ailələrə baş çəkər, onların qayğıları ilə maraqlanar, kömək əlini əsirgəməzdi. Mərd, xeyirxah insandır. İndinin özündə də çətinliyə düşənlər ona üz tutur, məsləhətini alırlar”.
David Baxşiyevin xidmətləri diqqətdən kənar qalmayıb. Bir çox medallarla, döş nişanlarıyla təltif olunub.
Müdrik, qayğıkeş ailə başçısıdır. Hələ Naxçıvanda xidmət edərkən Asiyə xanımla ailə qurub. Çətin, xoş günləri bir yerdə keçib. Üçü oğlan, biri qız olmaqla bu dünyaya 4 övlad bəxş ediblər. Övladlarına ali təhsil veriblər. Bir neçə il öncə vəfalı ömür-gün yoldaşı dünyasını dəyişib.
David Baxşiyev deyir ki, çox istəyirdi ki, yolunu övladlarından biri davam etdirsin. Təkcə bu arzusu ürəyində qalıb. Əvəzində onu11 nəvə, bir o qədər də nəticə ilə sevindiriblər...
Ayrılmaq istəmirdi. İllər dostlarının, həyat sirdaşlarının üzərindən çoxdan çalım-çarpaz xətt çəkib. Zarafat deyil, belə çətin ömrü 93 il yaşamaq...”