-
- 23-05-2024, 09:16
- 19 001
Əməkdar artist vəfat etdi - FOTO
Sovet və Rusiya teatr, kino aktrisası, Rusiyanın əməkdar artisti Yelena Muratova 92 yaşında Moskvada vəfat edib.
News24.az xəbər verir ki, bu barədə mayın 22-də Müasir İncəsənət İnstitutunun (ICA) saytında məlumat verilib.
“Biz Yelena Petrovnanın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - mesajda deyilir.
Qeyd edək ki, Muratova adı ilə tanınan Yelena Dovlatbekova 1932-ci il fevralın 23-də Tiflisdə (indiki Tbilisi) anadan olub. 24 yaşında VGİK-i bitirib. O, 1955-ci ildə “Sevilənin eşarpı” filmində oynayaraq kinoda debüt edib. Onun filmoqrafiyasına 46 layihə daxildir. Ən məşhurları “Aşpaz”, “Nar qolbaq”, “Anna Karenina”, “Viy”, “Bəxtlərin ziqzağı”, “İlf və Petrov tramvaya mindilər”.
O, “Bəxt cənabları”, “Əsgər balladası” və “12 stul” filmləri ilə tanınan aktyor Radner Muratovla evlənib.
Günel Məlikzadə