"Trampa səs verəcəm"
    • 23-05-2024, 11:23
    • 278

"Trampa səs verəcəm"

Mart ayında ABŞ prezidentliyi yarışında Respublikaçılar Partiyasının yarışından geri çəkilən Nikki Heyli noyabrın 5-də keçiriləcək prezident seçkilərində Donald Trampa səs verəcəyini açıqlayıb.

News24.az xəbər verir ki, ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi və mart ayına qədər Trampın ən güclü rəqibi olan Heyli Hudson İnstitutunda iştirak etdiyi paneldə seçki prosesini dəyərləndirib.

Heyli vurğulayıb ki, onun bəzi fikirləri ilə razılaşmasa da, noyabrda keçiriləcək prezident seçkilərində demokrat Co Baydeni dəstəkləməsi mümkün deyil.

Heyli, "Tramp bəzi siyasətlərində mükəmməl deyil, bunu dəfələrlə demişəm. Amma Bayden bir fəlakətdir. Ona görə də Trampa səs verəcəyəm" deyib. 

Respublikaçılar Partiyasında Trampa qarşı ən uzun rəqibi olan Heyli mart ayında keçirilən praymerizdə istədiyi nəticələri alamayınca yarışdan çəkildiyini açıqlayıb.

Demokratlar Partiyasında rəqibi olmayan Bayden və Trampın 5 noyabrda keçiriləcək 60-cı prezident seçkilərində 2020-ci ildə olduğu kimi yenidən üz-üzə gələcəkləri gözlənilir.

Günel Məlikzadə