ABŞ-da tornado: Ölən və yaralananlar var
    • 23-05-2024, 14:01
    • 237

ABŞ-da tornado: Ölən və yaralananlar var

ABŞ-ın Ayova ştatının 2 min əhalisi olan Qrinfild qəsəbəsini vuran tornadonun zərərləri məlum olub.

News24.az xəbər verir ki, Ayova ştatının İctimai Təhlükəsizlik Departamentindən verilən açıqlamada tornado nəticəsində 4 nəfərin öldüyü, 35 nəfərin yaralandığı bildirilib.

Yaralılardan 14-nün müalicə üçün xəstəxanalara aparıldığı bildirilib. Ayova ştatının qubernatoru Kim Reynolds verdiyi açıqlamada: "Bu, ürəkağrıdan, dəhşətlidir. Dağıntıları təsvir etmək çətindir" deyib. 

Qubernator Reynolds Qrinfild şəhərinin böyük hissəsinin dağıdıldığını vurğulayıb.

Ayova ştatının qubernatoru Kim Reynolds Qrinfilddə keçirdiyi mətbuat konfransında "Bu dağıntı sadəcə ürəkağrıdan, dəhşətli bir vəziyyətdir. Siz onu həqiqətən görənə qədər dağıntıları izah etmək çətindir" deyib.

Reynolds, ştatın 15 əyalətində fövqəladə vəziyyət elan edildiyini və prezident Co Baydendən Ayova ştatına federal fəlakət yardımını təsdiq etməyi xahiş edəcəyini söyləyib.

Qrinfild şəhərinin təxminən yarısında bir çox iş yeri, ev və nəqliyyat vasitələri güclü fırtınalar və tornadolar nəticəsində zədələnsə də, yerli televiziya şiddətli fırtına səbəbindən bəzi külək turbinlərinin dağılması və alovlanmasının görüntülərini göstərib.

Ayova ilə yanaşı Nebraska, İllinoys və Viskonsin ştatları da güclü yağış, külək və tornadolardan mənfi təsirlənib, ştatların bəzi yerlərində elektrik enerjisi kəsilib.

ABŞ Milli Meteorologiya rəsmiləri, Texasdan Miçiqana qədər ən azı 329 şiddətli fırtınanın qeydə alındığını, əsasən Ayova, Viskonsin və Minnesota ştatlarında 20 tornado meydana gəldiyini bildirib.

Səlahiyyətlilər xəbərdarlıq edib ki, bu kəskin hava şəraiti həftə sonuna qədər ölkənin mərkəzi hissələrinə təsir göstərə bilər.

Milli Hava Xidməti çərşənbə axşamı 26 tornadodan 21-nin Ayova ştatında görüldüyünü bildirib.

Qasırğa nəticəsində qəsəbədə bir çox ev dağılıb, ağaclar aşıb, maşınlara ziyan dəyib.

Günel Məlikzadə