Cüdo millimizdən MÜTLƏQ REKORD
    • 23-05-2024, 18:42
    • 195

Cüdo millimizdən MÜTLƏQ REKORD

Cüdo üzrə Azərbaycan millisi dünya çempionatlarında tarixinin ən yaxşı nəticəsinə imza atıb.

News24.az İdman.Biz-ə istinadən bildirir ki, bu, BƏƏ-nin paytaxtı Abu-Dabidə gerçəkləşıb.

Yığmamız Rio-2013-dəki nəticəsini üstələyib. Braziliyada komandamız 1 qızıl və 1 bürünc medal əldə edib.

Həmin vaxt Elxan Məmmədov (100 kq) çempionluq sevinci yaşayıb. Orxan Səfərov (60 kq) isə bürünc qazanıb.

11 il əvvəlki kimi Abu-Dabidə də millimiz 2 medal qazanıb. Onlardan birini 73 kq çəkidə çempion olan Hidayət Heydərov əldə edib. Digər medalın əyarı bugünkü finaldan sonra dəqiqləşəcək. Zelim Kotsoyev 100 kq çəkidə ən azı gümüş mükafata sahib çıxacaq. Bu isə artıq 11 il əvvəlki göstəricidən daha yaxşı nəticədir.

Qeyd edək ki, Azərbaycan cüdoçuları mundiallar tarixində 2 qızıl medal qazanıb.