Bahar Muradova Milli Məclisə hesabat verir
    • 24-05-2024, 11:53
    • 214

Bahar Muradova Milli Məclisə hesabat verir

Milli Məclisdə Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2023-cü ildə fəaliyyəti haqqında məlumatı müzakirə olunur.

News24.az xəbər verir ki, illik məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edir.

O bildirib ki, hesabat dövründə gender əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə (860) 302 müraciət daxil olub.

"Müraciət edənlərin 237 nəfəri qadın, 65 nəfəri kişi olub. Dəstək xəttinə edilən müraciətlərin sayı 2022‐ci illə müqayisədə 12,3% artıb. Müraciətlərin əksəriyyəti psixoloji (288) və fiziki zorakılıqla (146), cinsi zorakılıqla (6) bağlı olub. Şikayət edənlərin əksəriyyəti zorakılığın bir neçə növünün qurbanı olub və onlardan 175 nəfəri münasibətdə olduğu şəxs tərəfindən zorakılığa məruz qalıb". 

 Bahar Muradova qeyd edib ki, məktəblərdə oğlanların sayı qızlara nisbətən artmağa davam edib. 

"Mən düşünmürəm ki, bunu səbəbi doğumla əlaqədardır".

Şəhanə