-
- 24-05-2024, 14:25
- 635
Arif Quliyevin həyat yoldaşı komaya düşdü
Mərhum xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyevanın səhhəti pisləşib.
News24.az bildirir ki, onun oğlu Rövşən Quliyev Teleqraf.com-a açıqlamasında anasının komaya düşdüyünü vurğulayıb:
“Anam 1 saylı Şəhər Klinik Xəstəxanasının ("Semaşko") reanimasiya şöbəsindədir. Bu gün səhərə yaxın səhhəti ağırlaşdı və komaya düşdü".
Qeyd edək ki, Gülzar Quliyeva sirroz xəstəliyi ilə yanaşı insultdan da əziyyət çəkir.