-
- 24-05-2024, 22:56
- 477
ŞOK GÜNDƏM! - AFFA bu klubu çempionatdan kənarlaşdırır
2024/2025 mövsümündə Azərbaycanın I Liqasında çıxış etmək uğrunda cari mövsüm I Liqada 9-cu yeri tutan klubla (“Difai”) II Liqada ikinci olan komanda (“Cəbrayıl”) arasında keçirilməli olan pley-off qarşılaşmaları ilə bağlı müəyyən hüquqi məsələlərin həllindən sonra yekun qərar veriləcək.
Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
2024/2025 mövsümündə II Liqada çıxış etmək üçün cari mövsüm II Liqada 13-cü yeri tutan komanda ilə Region Liqasının finalçısı arasında pley-off matçları isə əvvəlcədən nəzərdə tutulduğu kimi mayın 29-da və iyunun 4-də gerçəkləşəcək.
PFL-ın bu açıqlaması birbaşa “İrəvan”la bağlıdır. Çempionatın təşkilatçısı olan qurum I Liqanı 27 xalla səkkizinci pillədə başa vuran klubu yarışdan kənarlaşdırmağa hazırlaşır.
Buna səbəb debütantın yarışın əsasnaməsini dəfələrlə pozması, həmçinin AFFA-nın lisenziyalaşdırma tələblərini yerinə yetirməməsidir.
Qərbi Azərbaycan təmsilçisi maliyyə öhdəliyinə də riayət etməyib, məşqçi və futbolçularına külli miqdarda borcu əmələ gəlib.
AFFA-nın Lisenziyalaşdırma Komissiyasının mayın 27-də “İrəvan”ın lisenziyalaşdırma prosedurundan keçməməsinə dair açıqlama yayması gözlənilir.
Onların I Liqanın sıralarından xaric edilməsi barədə qərar vermək səlahiyyəti isə İcraiyyə Komitəsinə məxsusdur. Ali qərarverici orqanın isə iyunun ilk günlərinədək bir araya gəlməsi planlaşdırılır.//sportinfo