AFFA 3 klubu CƏRİMƏLƏDİ
    • 2-12-2022, 18:14
    • 187

AFFA 3 klubu CƏRİMƏLƏDİ

AFFA İntizam Komitəsi Premyer Liqada çıxış edən 3 klubu cərimələyib.

News24.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Neftçi” ilə XV tur matçında (1:3) “Səbail”in 4 oyunçusu, “Şamaxı” - “Kəpəz” görüşündə (1:1) isə meydan sahiblərinin 5, qonaqların 6 futbolçusu sarı vərəqə aldığı üçün komandalar ziyana düşüblər.

Hər bir klub ayrılıqda 800 manat cərimə ödəyəcək.