-
- 25-05-2024, 12:31
- 232
BMT Tayvanı Çinin əyaləti adlandırdı
Tayvan Çinin bir əyalətidir.
News24.az xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Antonio Quterreş Stefan Düjarrik mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyanın 1971-ci il qətnaməsini rəhbər tutur. Düjarrik Tayvanın Çinin əyaləti olması ilə bağlı BMT-nin mövqeyinə uyğun olaraq belə bir bəyanatla çıxış etdiyini vurğulayıb.
Qeyd edək ki, 25 oktyabr 1971-ci ildə BMT Baş Assambleyasının 26-cı sessiyasında ÇXR-in bütün hüquqlarını bərpa etmək və onun hökumətinin nümayəndələrini Çinin BMT-dəki yeganə qanuni nümayəndələri kimi tanımaq qərarına gələn qətnamə qəbul edilib.
Mayın 23-də Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib ki, Çin ABŞ rəsmilərindən “bir Çin” prinsipinə riayət etməyi tələb edir. Pekin ABŞ Konqresi üzvlərinin Tayvana səfərini məqsədəuyğun hesab etmir.
Günel Məlikzadə