Məşhur fenomen həbsxanada özünə xəsarət yetirdi
    • 26-05-2024, 20:41
    • 275

Məşhur fenomen həbsxanada özünə xəsarət yetirdi


Türkiyədə çirkli pulların yuyulması və cinayət təşkilatına üzv olmaq ittihamı ilə saxlanılan sosial media fenomeni Bahar Candan Silivridəki həbsxanada özünə xəsarət yetirib.

News24.az "Unikal"a istinadla xəbər verir ki, Candan xəstəxanaya aparılıb və müşahidə altına alınıb.

Qeyd edək ki, Candanın bacısı Nihal Candan ötən həftələrdə səhhətində yaranan problemlərə görə sərbəst buraxılıb.