-
- 10-05-2019, 13:47
- 1 606
“Müəllimlər məni təhqir edirlər, daha yaşamaq istəmirəm” – İntihara cəhd edən şagird
Bakı Şəhəri Üzrə Təhsil İdarəsi özünü öldürdüyü deyilən şagirdlə bağlı açıqlama verib.
News24.az xəbər verir ki, sosail şəbəkədə Nizami rayonundakı 109 nömrəli orta məktəbdə intihar hadisəsinin baş verməsi ilə bağlı məlumat yayılıb. Məlumatda bildirilir ki, məktəbin 5-ci sinif şagirdi Əliyeva Fatimə Şamxal qızı intihar edib. Uzun müddətdir Fatiməyə məktəbdə Nigar və Bahar adlı müəllimələri təzyiq edirmiş. Buna səbəb isə Fatimənin əvvəlcə həmin müəllimlərinn yanına hazırlığa getməsi, daha sonra başqa müəllim tapıb onlardan ayrılması olub. Ardınca məktəbdə Nigar müəllimə tərəfindən 50 manatdan pul yığılıb. Fatimənin ailəsinin imkanı çatmadığı üçün o, 20 manat verməli olub. Üst-üstə baş verən hər iki hadisədən sonra müəllimələr uşağa “savaş” açıblar. Hansı dərsə girsə, Fatiməni lövhəyə çıxardıb yersiz tənqid etməyə və ona şər atmağa başlayıblar. İntihara səbəb də elə bu olub. İnformatika müəllimi olan Nigar yenə Fatiməni lövhəyə çıxarıb, uşaqların içində geyindiyi corabını, saçına taxdığı aksessuarı lağa qoymağa başlayıb, hamı da ona gülüb. Ürəyi soyumayan Nigar müəllimə ardınca eyni ilə Elina kimi onu hansısa oğlanla danışmaqda və görüşməkdə suçlayıb. Bundan sarsılan Fatimə məktəbdən qayıtdıqdan sonra Whatsapp-la nənəsinə səs ataraq müəlləmələrinin onu bezdirdiyini, ona əxlaqsız damğası vurduqlarını, uşaqların içində dayanmadan alçaldıb təhqir etdiklərini, artıq yaşamaq istəmədiyini deyib. Sonra telefonu söndürüb, xəstə atasının qəbul etdiyi bütün dərmanları içərək intihar edib. Otağında huşsuz vəziyyətdə tapılan Fatiməni valdeynləri təcili Kliniki Tibbi Mərkəzə (Semaşko xəstəxanası) çatdırıblar. Uşaq 17 saat komada qalıb.
News24.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sözügedən məsələ ilə bağlı sorğu göndərib. İdarədən sorğunu belə cavablandırıblar: “109 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, 30 aprel 2019-cu il tarixində təxminən saat 20:30 radələrində V sinif şagirdinin (müvafiq səbəblərdən şagirdin adı qeyd edilmir) valideyni məktəb direktoruna məlumat verib ki, övladı evdə valideynin dərmanını qəbul edərək zəhərlənib. Evə təcili tibbi yardım çağrılıb və uşaq Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Müvafiq müayinə və müalicə prosedurlarından sonra uşaq evə buraxılıb, hazırda vəziyyəti normaldır. Onun psixoloji durumunun öyrənilməsi məqsədilə məktəb nümayəndələri və psixoloq evlərində olub və uşağa müvafiq psixoloji yardım göstərilib . Məktəblərdə valideynlərlə görüşlərdə uşaqların təhlükəsizliyinin təmin olunmasının diqqət mərkəzində saxlanılması məktəb rəhbərliyi tərəfindən daim tövsiyə olunur.
Qeyd olunan hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən xidməti araşdırma aparılıb. Araşdırma zamanı məktəbin müəllimləri haqqında səsləndirilən fikirlər təsdiqini tapmayıb”.
Afaq Mirayiq