Çingizdən toyu ilə bağlı ilk paylaşım
    • 27-05-2024, 09:33
    • 233

Çingizdən toyu ilə bağlı ilk paylaşım

Müğənni Çingiz Mustafayev sosial media hesabında ilk dəfə toyundan görüntülər paylaşıb.

News24.az OLAY-a istinadla yazır ki, ifaçı instaqram hesabında şad günündən fotolarını izləyiciləriylə bölüşüb. O, posta “19.05.2024” qısa şərhini yazıb.

Görüntülərdə onun xanımı Yana Nijnikin yer almaması diqqət çəkib.

Qeyd edək ki, müğənninin toyu Kuş Adasında ailə üzvləri və yaxın dostları arasında keçirilib.