-
- 27-05-2024, 20:08
- 6 041
Oğlunun son nəfəsində Nazpəriyə VƏSİYYƏTİ
“Oğlum son nəfəsində mənə üç kəlmə dedi…”
News24.az Yenicag.az-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva “O üz” verilişində deyib.
Sənətçi oğlu Əlinin son nəfəsində ona etdiyi vəsiyyətini aşıqlayıb:
“Oğlum hiss edirdi ki, bu həyatdan gedir, amma mən bunu hiss etmirdim. Son nəfəsində mənə üç kəlmə dedi: Haqqını mənə halal et, heç vaxt səhnəni buraxma, Tamerlanı tək qoyma. Allahın Özü verdiyini, Allah Özü alırsa, heç vaxt buna görə üsyan etmək olmaz. Buna haqqımız yoxdur. Allah mənə elə bir dərd verib ki, bu dərd mənimlə məzara qədər gedəcək. Amma gülümsəyirəm və oğlumun vəsiyyətini yerinə yetirmək üçün səhnəyə çıxıram”.