Zelenski İspaniyaya gəldi
    • 27-05-2024, 16:35
    • 149

Zelenski İspaniyaya gəldi

İkitərəfli təhlükəsizlik sazişi imzalamaq və baş nazir Pedro Sançeslə danışıqlar aparmaq üçün İspaniyaya gəldim.

News24.az xəbər verir ki, bununla bağlı Ukrayna prezidenti Vladimir Zelenski sosial şəbəkə hesabında paylaşım edərək məlumat yayıb.

Onun sözlərinə görə, o, yeni hərbi yardım paketini və Ukrayna hərbçiləri üçün təlimləri müzakirə edəcək.

Məlumata görə, Zelenskini İspaniya kralı VI Filip də qəbul edəcək.

İspaniyanın Kiyevə yeni yardım paketi 1,13 milyard avro dəyərində qiymətləndirilir.

Mehriban Mirzəzadə