Ronaldodan yeni REKORD
    • 28-05-2024, 09:11
    • 240

Ronaldodan yeni REKORD

"Əl Nassr" mövsümün son həftəsində evdə qəbul etdiyi "Əl İttihad"ı portuqaliyalı ulduz Ronaldo (2), Abdulrahman Ghareeb və Meshari Al Nemerin qolları ilə 4:2 hesabı ilə məğlub edib.

News24.az xəbər verir ki, bu mövsüm 31 matçda meydana çıxan və 35 qol vuran 39 yaşlı Ronaldo Səudiyyə Ərəbistanı Liqasında bir mövsümdə ən çox qol vuran futbolçu olub.

Ronaldo eyni zamanda dörd fərqli liqada (İspaniya, İtaliya, İngiltərə və Səudiyyə Ərəbistanı) bombardiri olan ilk oyunçu olub.

Günel Məlikzadə