Minaya düşən ANAMA əməkdaşının vəziyyəti açıqlandı
    • 28-05-2024, 14:23
    • 185

Minaya düşən ANAMA əməkdaşının vəziyyəti açıqlandı

İşğaldan azad edilmiş Ağdam rayonunun Sırxavənd kəndi ərazisində mina partlayışı nəticəsində xəsarət alan Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Hasil Eldar oğlu Yusubov Ağdam Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

News24.az xəbər verir ki, xəstəxananın şöbə müdiri Nofəl Zeynalov Trend-in bölgə müxbirinə bildirib ki, 1997-ci il təvəllüdlü xəstəyə sol baldırın aşağı üçdəbirinin travmatik amputasiyası diaqnozu qoyulub. Xəstəyə ilkin müdaxilələr olunub, yara qanaxması dayandırılıb və Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Qeyd edək ki, Ağdamda ANAMA əməkdaşının minaya düşərək xəsarət alması faktı ilə bağlı araşdırma aparılır. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər icra olunub.