Belçika Ukrayna ilə təhlükəsizlik sazişi imzaladı
    • 28-05-2024, 15:02
    • 126

Belçika Ukrayna ilə təhlükəsizlik sazişi imzaladı

Belçikada səfərdə olan Ukrayna prezidenti Vladimir Zelenski bu ölkənin baş naziri Aleksandr De Kroo ilə təhlükəsizlik sazişi imzalayıb.

News24.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski öz sosial şəbəkə hesabında yazıb.

“Sənəd Belçikanın bu il Ukraynaya ən azı 977 milyon avro hərbi yardım ayırmasını, habelə Belçikanın sazişin on illik müddəti ərzində dəstək vermək öhdəliyini nəzərdə tutur”, - deyə Zelenski X-də yazıb.

Zelenski bazar ertəsi İspaniyanın baş naziri Pedro Sançes ilə eyni sazişi imzalayıb.

Kiyev bir sıra ölkələrlə, o cümlədən Almaniya və İtaliya ilə oxşar müqavilələr imzalayıb.

Zelenskinin Belçikadan sonra Portuqaliyaya gedəcəyi gözlənilir.

Mehriban Mirzəzadə