F-35 qəzaya uğradı - VİDEO
    • 29-05-2024, 10:20
    • 173

F-35 qəzaya uğradı - VİDEO

ABŞ-ın F-35 qırıcısı ölkənin Nyu-Meksiko ştatında Albukerke Beynəlxalq Sunport hava limanı yaxınlığında qəzaya uğrayıb.

News24.az xəbər verir ki, hava limanı rəhbərliyi qəzanın saat 14:00 radələrində baş verdiyi, Albuquerque Yanğından Mühafizə İdarəsi isə təyyarədə tək olan pilotun ağır xəsarətlərlə xəstəxanaya aparıldığını açıqlayıb.

Albuquerque Bələdiyyə Başçısı Tim Keller də sosial mediada etdiyi şərhdə, "Hadisə yerinə çatan qruplara sürətli müdaxilələri üçün təşəkkür edirik. Pilot üçün dua edirik" deyib.

Albuquerque Beynəlxalq Sunport Hava Limanı yaxınlığında yerləşən Kirtland Hərbi Hava Qüvvələrinin bazası qəzanı təsdiqləsə də, təyyarənin növü və qəzanın səbəbi kimi təfərrüatlar barədə məlumat verilməyib. Hadisə ilə bağlı ətraflı araşdırmalara başlanıldığı bildirilib.

Günel Məlikzadə