Türkiyədə təyyarə qəzaya uğradı - ÖLƏNLƏR VAR - VİDEO
    • 25-04-2022, 17:25
    • 350

Türkiyədə təyyarə qəzaya uğradı - ÖLƏNLƏR VAR - VİDEO

Bursanın Osmanqazi bölgəsində Yunuseli hava limanı yaxınlığında tək mühərrikli təyyarə qəzaya uğrayıb.

News24.az "TRT Haber"ə istinadən xəbər verir ki, təyyarədə olan pilot və tələbə pilot dünyasını dəyişib.

Hadisə yerinə çox sayda polis, xilasetmə və sağlamlıq qrupları göndərilib.

Qəzaya səbəb texniki nasazlığın olduğu bildirilir.