Bakıda inanılmaz hadisə - Evə girib qızı sürüyə-sürüyə apardılar
    • 11-05-2019, 11:45
    • 2 286

Bakıda inanılmaz hadisə - Evə girib qızı sürüyə-sürüyə apardılar

Bir neçə il əvvəl Bakının Qaradağ rayonunda evə basqın edərək gənc qızı aparan dəstənin 3 üzvü Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatna görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinun 144.2.3-cü, yəni, adam oğurluğu - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş Tağyev Nihal Xeyirbala oğlu, Qədirov Elbəy Nurbaba oğlu və Xankişiyev Amlet İldırım oğlu Ali Məhkəməyə müraciət edərək onların işinə yenidən baxılmasını və ittiham edildikləri maddənin dəyişdirilməsini xahiş ediblər. Onlar törətdikləri hadisədən əvvəl onlara düzgün məlumat verilmədiyini, əməllərindən peşman olduqlarını bildiriblər. İşə Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, məlum hadisədə 5 nəfər tutularaq istintaqa cəlb edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin  hökmünə əsasən, hadisənin təşkilatçısı Vahib Zülfüqarov 12 il, Elbəy Qədirov və Amlet Xankişiyev 11 il, Niyal Tağıyev isə 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Vahib Zülfüqarovun atası Vahid isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Vahid Zülfüqarovun barəsində başqa yerə getməmək barədə qəti imkan tədbiri ləğv edilib və o, məhkəmə zalında həbs edilib.

İttihama əsasən, keçən il Qobustan rayonunda Vahib Zülfüqarov sevdiyi qızı qaçırmaq üçün dostları Elbəy Qədirov, Amlet Xankişiyev və Niyal Tağıyevlə birlikdə dəstə yaradıb. Dəstə üzvləri zorla Vahib Zülfüqarovun sevdiyi qızı qaçırıblar. Vahib Zülfqarovun atası Vahid Zülfüqarov da bu cinayət əməlində iştirak edib. Qızın valideynləri Polis Şöbəsinə şikayət ediblər. Şikayət əsasında dəstə üzvləri həbs edilib.

Məhkəmədə ifadə verən Vahib Zülfüqarov ifadəsində özünü qismən təqsirli bilib. "Mən qızı 1-ci sinifdən sevirəm. İki dəfə elçi göndərmişəm. Amma qızı valideynləri vermədilər. İndiyə qədər qızla heç bir söhbətim olmayıb. Cəmi 1 dəfə qıza məktub yazmışam. Həmin vaxt qonşuları məktubu çatdırmadı. 2-ci dəfə "yox" cavabı alandan sonra belə qənaətə gəldim ki, qızı qaçırım. Evdə valideynlərimə də dedim bu barədə. Onlar dedilər ki, qızın razılığı varsa, qaçırmağıma bir söz demirlər. Sonra məsələni dostlarım Niyal, Amlet və Elbəylə danışdım. Onlara yalandan dedim ki, qız razıdır.

Məktublaşırıq, valideynləri vermir. Bir neçə dəfə cəhd elədim ki, qızı qaçıram. Amma alınmadı. Qızı qaçıran gün həyətə girdim. Dostlarım Elbəylə Niyal evə girdi. Qızı onlar evdən çıxardılar. Mən isə ərazini güdürdüm. Dostlarım maşınla qızı birinci qışlağa, ordan da bacımgilə gətirdilər. Mən yolda onlara qoşuldum. Qız bacımgildə çox səs-küy saldı. Evdəkilər də nə qədər etdilər, qızı razı sala bilmədilər. Məcbur qaldıq, apardıq evlərinə qoyduq. Mən o qızı çox sevirəm, dostlarımı aldatdığıma görə peşmanam. Yoxsa, ölənə qədər o qızdan əl çəkən deyiləm. Burdan çıxım yenə qaçıraram".