-
- 29-05-2024, 23:20
- 206
Braziliyada daşqın: Ölənlər var
Brazilyanın cənubundakı Rio Qrande-du-Sul əyalətində 3 həftədir davam edən yağışların səbəb olduğu sel nəticəsində can və mal itkiləri artır.
News24.az xəbər verir ki, Dövlət Mülki Müdafiəsi tərəfindən verilən açıqlamada ölənlərin sayının 169, itkin düşənlərin sayının isə 56 olaraq yeniləndiyi bildirilib.
Qeyd edək ki, seldən mənfi təsirlənən 469 qəsəbədə axtarış-xilasetmə işlərinin davam etdirildiyi bildirilib.
Digər tərəfdən, suyun səviyyəsinin aşağı düşdüyü bəzi şəhərlərdə su şəbəkələrinin təmir olunduğu və əhalinin tədricən içməli su ilə təmin olunduğu paylaşılıb.
Bildirilib ki, hazırda 42 avtomobil yolu, körpü və küçə su altındadır və normal vəziyyətə düşmək üçün vaxt lazımdır.
Günel Məlikzadə