-
- 29-05-2024, 18:32
- 288
YENİ EPİDEMİYA: Lassa qızdırması
Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) verdiyi açıqlamada, son bir həftədə ölkənin Ondo, Edo və Bauçi əyalətlərində 14 nəfərdə Lassa qızdırmasının aşkar edildiyi bildirilib.
News24.az xəbər verir ki, bir nəfərin öldüyü açıqlanıb.
Qeyd edək ki, ölkədə yanvar ayından bu yana Lassa qızdırmasına yoluxma sayının 1015-ə yüksəldiyi, epidemiya səbəbindən 180 nəfərin həyatını itirdiyi bildirilib.
Nigeriya hökuməti xəstəliyin müalicəsi üçün üç dərmanın müəyyən edildiyini açıqlayıb.
Eyni zamanda, quru dövrün yaşandığı noyabr və may aylarında hər il artan Lassa qızdırması epidemiyasında 2023-cü ildə 674 hadisə aşkarlanıb, 102 nəfər ölüb.
Xatırladaq ki, Mali, Toqo, Qana, Liberiya və Sierra Leone kimi bir çox Afrika ölkəsində müşahidə edilən Lassa qızdırması ilk dəfə Nigeriyada 1969-cu ildə ölkənin şimal-şərqindəki Borno əyalətində aşkarlanıb. Nigeriya hökuməti 23 yanvar 2019-cu ildə Lassa qızdırması səbəbindən fövqəladə vəziyyət elan edib.
Onu da bildirək ki, Siçan nəcisi ilə təmasda olan xəstəlik insandan insana keçə bilər və ölümcül hemorragik qızdırmaya səbəb olur.
Səlahiyyətlilər əhalini siçan və digər gəmiricilərlə təmasdan çəkinməyə çağırır.
Günel Məlikzadə