-
- 11-05-2019, 14:54
- 2 245
Kərim özünü öldürmək istəyir: "Balamın canına and içirəm ki, damarlarımı kəsəcəm"
Müğənni Kərim Abasov xəbərdarlıq edib.
News24.az xəbər verir ki, ifaçı şəxsi instagram hesabında özünə qəsd edəcəyini yazıb:
"Xahiş edirəm hisslərimlə oynamayın. Allaha and olsun, balamın canına and içirəm, özümə qəsd edəcəyəm. Hər gün dərman içib, əsəblərimi sakitləşdirməkdən bezdim. Tab gətirə bilmirəm. Əl çəkin məndən. Bilməzdim ki, atamı bu qədər məndən çox istəyən varmış. Atamın ölümünü şoulaşdıranlar, özümə qəsd etsəm altından çıxa bilməyəcəksiniz. Əl çəkin! Həyatımı, dərdimi yaşayım. Ağlamaqdan gözlərim göynəyir. Kor olacağam axırda. Sənətim mənim qazanc yerimdir. Balamın, ailəmin, hüzürə gələn qonaqların qarşısına mən çıxmalıyam. Dilənçi deyiləm ki, məclisə gələn adamlardan pul yığım. Adım, sanım var. Ona görə də işə çıxıb pul qazanmalıyam. Kimsə qapımı döyüb mənə 10 manat pul vermir. Məni qınayanlar, başınıza gəlsin. Baxın görün mən çəkirəm. İçim özümü yandırır, çölüm özgəsini. Əl çəkin məndən! Allaha and olsun axırıncı xəbərdarlığımdır. Qurana and olsun damarlarımı doğrayacağam".