-
- Bu gün, 06:14
- 147
Arktika yenidən dondurulur?
"Real Ice" adlı startap layihəsi radikal iqlim həlli təklifi ilə gündəmə gəlib.
News24.az Lent.az-a istinadla xəbər verir ki, bu maraqlı layihə yer kürəsinin şimal qütbü ətrafını əhatə edən Arktikanı yenidən dondurmağı nəzərdə tutur.
Qeyd edək ki, Arktika buzlarını qorumaq üçün Andrea Ceccolini Britaniya startapı Real Ice-ın həmtəsisçisidir. Şirkət, dəniz suyunu buzun üzərinə pompalayaraq buz təbəqələrini qalınlaşdırmağı və artan temperaturun təsirlərinə qarşı gücləndirməyi hədəfləyir. Uzun müddətdir ki, bunun mümkün olması ilə bağlı sınaqlar keçirilir. Məsələn, Andrea Ceccolini "Real Ice" komandasının bir hissəsi olaraq bu ilin əvvəlində Kanada Arktikasındakı "Cambridge Bay"ə yollanıb. Komanda, bir futbol meydançası böyüklüyündə ərazidə buz qatını təxminən 30 santimetr qalınlaşdırmaq üçün dəniz suyunu buzun üzərinə pompalayıb. Bunun üçün əvvəlcə 80 santimetrlik buz qatı qazılıb və hidrogenlə işləyən nasosla su səthə çıxarılıb. Ceccolini deyir ki, "problemi həll etmək üçün lazım olan texnologiya o qədər də mürəkkəb deyil."
Bunun mexanizmi necə həyata keçiriləcək və maliyyə dəyəri insanlıq üçün neçə olacaq?
Nə qədər qeyri-adi səslənsə də, Arktikanı yenidən dondurmaq üçün sualtı dronlardan istifadə etmək planlaşdırılır.
Bu məqsədlə "Startap" yaşıl hidrogenlə işləyən sualtı pilotsuz uçan aparatlar hazırlamaqdadıdır. Bu dronlar suyun altından çəkdikləri dəniz suyunu buz təbəqəsinin üzərinə səpərək prosesi yavaşlatmağa çalışacaqdır.
"Real Ice" startapı bütün bu prosesin təxminən ildə 10 trilyon dollara bașa gələcəyini hesablayıbdır.