Nissan-dan etiraf:
    • 30-05-2024, 12:03
    • 275

Nissan-dan etiraf: "Bu modellər TƏHLÜKƏLİDİR"

Yaponiyanın Nissan şirkəti təhlükəsizlik risklərinə görə Sentra (2002-2006), Pathfinder (2002-2004) və Infiniti QX4 (2002-2003) avtomobillərinin istifadəsini qadağan edib. 

News24.az xəbər verir ki, bu barədə istehsalçının mesajında deyilir.

Qeyd edilib ki, təxminən 84 min avtomobil geri çağırılacaq. 

Bildirək ki, qadağaya səbəb əvvəllər qlobal istehsalçıların ən böyük tədarükçüsü olan Takata hava yastıqları olub. Son illər onların iştirakı ilə çoxlu qəzalar baş verib.

Məsələ burasındadır ki, bu yastıqların içindəki əlavələr zamanla xarab olur və nəzarətsiz şəkildə cırıla bilər. Nissan qeyd edib ki, Takata məhsulları olan avtomobil sahibləri rəsmi servis mərkəzinə müraciət etməlidirlər.

Günel Məlikzadə