-
- 30-05-2024, 12:35
- 253
Güclü ZƏLZƏLƏ OLDU
Tayvanın şərq sahillərində 5,3 bal gücündə təkanlar baş verib.
News24.az xəbər verir ki, bu barədə adanın Mərkəzi Meteorologiya İdarəsi məlumat yayıb.
Zəlzələ səhər saatlarında qeydə alınıb, episentri Hualien dairəsindən 22,8 km şimal-şərqdə olub. Zəlzələ 17,9 km dərinlikdə yerləşir.
Tələfat və dağıntılar barədə heç bir məlumat yoxdur.
Mehriban Mirzəzadə