-
- 30-05-2024, 22:18
- 182
Rusiya XİN-dən delimitasiya ilə bağlı AÇIQLAMA
"Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası regional sabitlik üçün vacib əhəmiyyətə malikdir".
News24.az Day.Az-a istinadla xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova danışıb.
"Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası ilə bağlı praktiki mərhələnin başladığını müşahidə edirik. Bu, regional sabitlik üçün vacib əhəmiyyətə malikdir", - deyə Zaxarova qeyd edib.
Onun sözlərinə görə, Rusiya delimitasiya ilə bağlı bütün məsələlərin müstəsna olaraq siyasi-diplomatik metodlarla həllinə tərəfdardır: "Rusiya üçtərəfli razılaşmalar əsasında tərəflərə delimitasiya ilə bağlı öz konsultativ yardımını göstərməyə hazırdır".